Dünya bazarlarında qara qızılın qiyməti bahalaşıb.
Oxu.Az-ın hərracların son nəticələrinə istinadən məlumatına əsasən, Brent markalı Şimal dənizi neft qatışığının noyabr fyuçerslərinin qiyməti 1,36% artaraq bir barelə görə 55,01 dollar olub.
Bununla da, Brent neftinin qiyməti apreldən etibarən ilk dəfə 55 dolları ötüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə bir barelə görə 1,72% artaraq 49,06 dollar təşkil edib.
S.B.
www.oxu.az