Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 15 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat təşkil edib.
Bu barədə Oxu.Az AMB-yə istinadən xəbər verir.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,80% olub.
U.A.
www.oxu.az