Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"COP29 Sülh və İqlim təşəbbüsü" Liderlər Qrupuna daxil olan ölkələrin adları məlum olub
"COP29 Sülh və İqlim təşəbbüsü" Liderlər Qrupu Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda və Böyük Britaniyadan ibarət olacaq".
"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) panel iclasında deyib.
O qeyd edib ki, COP29 çərçivəsində Şamaxıda görüş keçiriləcək:
"Əsas məqsəd COP29 Sülh gününün müzakirəsi, dəyirmi masa və məsləhətləşmələrin keçirilməsidir. Dəyirmi masanın əsas mövzusu iqlim dəyişikliyi, sülh və təhlükəsizlikdə insan amilinin araşdırılması olacaq. Sülh gününün digər əsas təşəbbüsü isə Bakı habının yaradılmasıdır. Bu çərçivədə həssas qrupların iqlim dayanıqlılığının artırılması və buna maliyyə dəstəyinin təmin edilməsidir. Təsirə məruz qalan ekosistemlər və insanlar müəyyən olunacaq".
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"