Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanıldı
"Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanılıb".
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub.
Bildirilib ki, COP29 ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında TƏBİB tabeliyində fəaliyyət göstərən "Yeni Klinika" da yer alıb.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Yeni Klinika"da aparılan hazırlıq prosesi ilə tanış olublar.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, "Yeni Klinika"nın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.
"COP29" teqi üzrə xəbərlər
- Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirilib
- Cənubi afrikalı nazirdən AÇIQLAMA: "Bizə ildə 1.3 trilyon dollar verin!"
- Bakıda sürücülər niyə ləğv olunan zolaqlardan istifadə etməyə qorxurlar?
- Prezident: "Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur"
- Təyyarə qəzasından az sonra əsas təhlükə nə olub?