Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cavid Vəliyev: "Bəzi dövlətlər beynəlxalq hüquq məsələsində ikili standartları təbliğ edir"
"Bəzi dövlətlər beynəlxalq hüququn başlıca prinsipləri ilə bağlı ikili standartları təbliğ edir".
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda deyib.
C.Vəliyev Niderlandın müstəmləkəsi olan Boneyr adasının əhalisinin uzun illərdir ki, müstəqillik uğrunda mübarizə apardığını vurğulayıb:
"Xalqların müstəmləkə asılılığından azad olmaq hüququ beynəlxalq hüququn ən mühüm prinsiplərindən biridir. Bununla belə, bütün dekolonizasiya prosesi özlərini demokratik və liberal ölkələr adlandıran Qərb dövlətləri tərəfindən mürəkkəbləşdirilir".
Onun sözlərinə görə, belə qənaətə gəlmək olar ki, bu konfrans təkcə Boneyr əhalisinin əsas hüquqlarının pozulmasına deyil, ümumilikdə beynəlxalq hüququn prinsiplərinə həsr olunub.
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Lorens Rudolf Qonşor: "Biz Azərbaycanın diqqətindən çox məmnunuq"
- Bakıda Fransa kolonializminə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
- Murat Özkale: "Müstəmləkəçilik və onunla mübarizə yolları tədris proqramına əlavə edilməlidir"
- Şakib Benhafri: "Fransa müstələməkəsində olduğu əraziləri özününküləşdirmək istəyir"
- Abbas Abbasov: "Beynəlxalq təşkilatlar və bəzi ölkələr kolonializmlə mübarizəyə dəstək göstərirlər"