2013-cü ildə Azərbaycanın daxili bazarından 5,241 milyon ton neft məhsulları çıxarılıb ki, bu da 2012-ci ildən 9,1% çoxdur.
Oxu.Az-ın 1news.az-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Məlumata görə, ötən il daxili bazara 1,41 mln. ton avtomobil benzini, 1,38 mln. ton dizel yanacağı, 553,4 min ton aviasiya kerosini, 254,2 min ton mazut, 169,9 min ton maye qaz, 311,6 min ton neft bitumu, 1,161 mln. ton sair neft məhsulları tədarük edilib.
Mazut və sürtkü yağları istisna olmaqla, digər bütün mövqelər üzrə daxili bazara neft məhsulları tədarükü artıb.