Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Deputat: "Dövlət orqanlarında mənfəət vergisinin gizlədilməsi halları kifayət qədər çoxdur"
"Daha çox büdcə qanunvericiliyi və dövlət satınalmalarında qanunvericilik tələblərinin pozulması halları qeydə alınıb. Ona görə sual yaranır ki, "Dövlət satınalmaları haqqında" Qanunun ötən ilin yanvarın 1-dən qüvvəyə minməsinin bu pozuntuların sayına və ya azalmasına təsiri müəyyənləşdirilibmi?"
Oxu.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib.
O deyib ki, dövlət orqanlarında mənfəət vergisinin gizlədilməsi halları kifayət qədər çoxdur: "Rəqəmlər də göstərir ki, 42 auditin 34-də, yəni 80%-dən çoxunda büdcə vəsaitlərinin pozuntusu halları var. Bu, kifayət qədər ciddi rəqəmdir.
Dövlət satınalmaları ilə bağlı pozuntularda 57% satınalmalar hər hansı bir tender keçirilmədən, birbaşa fərdi bağlanan müqavilələrdir. Bu da ondan xəbər verir ki, 2024-cü ildə dövlət satınalmaları ilə bağlı birbaşa bir mənbədən satış artıb. Bu da şəffaflığa təsir göstərən əsas faktorlardan biridir".
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib
- Nərimanov rayonunda Zərifə Əliyevanın xatirəsi anılıb
- Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gedib
- Deputat: "Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər aptek yoxdur"
- Komitə sədri bölgələrdə orta tibb işçilərinin çatışmazlığından danışdı