Banklarda valyuta mübadiləsi ilə bağlı ajiotaj davam edir.
Oxu.Az Fins.az xəbər verir ki, hazırda bəzi banklar dollar satışına limiti 100 dollara qədər endirib, bəziləri isə satışı kassadakı balansa uyğun həyata keçirir.
Belə ki, müştəri dollar almaq istəyirsə, bankın dollarla vəsaitinin olub-olmadığını məhz kassada öyrənir. Məsələn, “Expressbank” valyutanın satışına limit tətbiq etməsə də, müştəriyə kassadakı məbləğə uyğun dollar satır. “Atabank” da valyuta mübadiləsin eyni prosedura uyğun reallaşdırılır.
“Xalq Bank” avronun kursu ilə bağlı “özünəməxsus” məzənnə siyasəti həyata keçirir. Bankdan bildirirlər ki, avronun məzənnəsi kassada invidual olaraq təyin edilir.
11:43
Banklarda dolların məzənnəsi ilə bağı naməlumluq yaranıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu gün saat 10:45 dəqiqələrinə qədər banklar günün məzənnəsini təyin edə bilməyiblər.
Bundan əlavə, gün ərzində dollar əməliyyatlarının həyata keçirilib-keçirilməyəcəyinə dair banklarda dəqiq qərar da yoxdur.
Nəzərə çatdıraq ki, dünəndən başlayaraq banklar dollar satışına limiti 300 dollardan 100 dollara endiriblər. Bank dairələrindən verilən məlumata görə, bu gün günorta saatlarından dolların limitlə də satışı dayandırıla bilər.