Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,41% artaraq bir barelə görə 50,96 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,52% bahalaşaraq 47,98 dollara satılıb.
APA-nın məlumatına görə, nefti bahalaşdıran əsas amil dolların indeksinin zəifləməsidir. Belə ki, hazırda dolların altı əsas valyutadan ibarət səbətə nisbətən məzənnəsi 0,02% geriləyərək 99,01 səviyyəsinə çatıb.
U.A.
www.oxu.az