Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Qala-Pirallahı yolunun genişləndirilməsi ilə bağlı 325 mm-lik kəmərin mənbəyə birləşdirilməsi, eləcə də qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dək Bakının Yasamal, saat 16:00-dək Suraxanı, saat 18:00-dək isə Xəzər və Ağsu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.