Maliyyə Nazirliyi iqtiqraz buraxılışı yolu ilə 700 milyon manat borc almağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, 27 yanvar 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6000000 (altı milyon) ədəd dövlət qısamüddətli istiqrazlarının buraxılışı 54S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Palata tərəfindən həmçinin 27 yanvar tarixində Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 1000000 (bir milyon) ədəd dövlət ortamüddətli istiqrazlarının buraxılışı 55S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
U.A.
www.oxu.az