Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Britaniya funt sterlinqində olan valyuta ehtiyatları üzrə “Brexit” qərarının verildiyi 23 iyundan bu günədək 271 milyon dollar zərər edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, SOFAZ-ın investisiya portfelində mövcud olan 1 milyard 194,3 milyon funt sterlinqin ABŞ dolları ekvivalentində dəyəri iyunun 23-də 1 milyard 793 milyon dollar idisə, hazırda bu rəqəm 1 milyard 522 milyon dollar təşkil edir.
Keçən ilin analoji dövrü ilə müqayisədə isə funt sterlinq ehtiyatlarının dollar ifadəsində dəyəri 302 milyon dollar, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 444 milyon dollar olub.
Funt sterlinqin məzənnəsinin bu ilin sonuna qədər dollarla müqayisədə daha 4% ucuzlaşacağı ehtimal edilir.
Xatırladaq ki, “Report”un analitik qrupu avronun dollarla müqayisədə məzənnəsinin yaxın 1 il ərzində paritetə qədər geriləyəcəyini, nəticədə Fondun avro portfelinin dollar ekvivalentində 10%-ə qədər ucuzlaşacağını proqnozlaşdırır.
Bu da avroda olan 10,5 milyard avro vəsaitin təxminən dollar ekvivalentində 1 milyard azalmasına gətirib çıxara bilər.
U.A.
www.oxu.az