Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Vergilər Nazirliyi kommersiya banklarının elektron ticarətdə ƏDV-nin tutulmaması ilə bağlı razılığa gəlib.
Oxu.Az “Report” a istinadən xəbər verir ki, yeni razılaşmaya əsasən, banklar 1 ay ərzində elektron ticarət əməliyyatlarına qarşı ƏDV tətbiq etməyəcək.
Xatırladaq ki, yeni ildən Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycan banklarına məxsus plastik kartlarla xarici rezidentlərdən alınan xidmətlərə görə 18% ƏDV hesablanmalıdır.
U.A.
www.oxu.az