2018-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 510,8 manat təşkil edib.
Oxu.Az xəbər verir ki, əməkhaqqı neft sektorunda 2877,8 manat, qeyri-neft sektorunda 456,1 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 393,8 manat, özəl müəssisələrdə isə 674,6 manat təşkil edib.
L.Ə.
www.oxu.az