2017-ci ilin fevral ayının əvvəlində Azərbaycanda dövriyyədə 6 milyard 541 milyon manat nağd pul olub.
Oxu.Az-ın məlumatına görə, “Marja” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədəki nağd pul ötən ilin sonu ilə müqayisədə təxminən 420 milyon manat azalıb.
Fevralın əvvəlində pul bazası 8 milyard 731,9 milyon manat, o cümlədən manatla pul bazası isə 7 milyard 331,7 milyon manat təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə pul bazası 500,9 milyon manat, manatla pul bazası isə 528,8 milyon manat azalıb.
Qeyd edək ki, pul bazası dedikdə - pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur.
Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
U.A.
www.oxu.az