Azərbaycanda 2019-cu ildə adambaşına düşən aylıq gəlir artıb.
Oxu.Az rəsmi statistik rəqəmlərə istinadən xəbər verir ki, ölkə üzrə 2018-ci ildə adambaşına düşən aylıq gəlir 276, 2019-cu ildə isə 292,6 manat təşkil edib.
Ötən il özünüməşğulluqdan adambaşına düşən aylıq gəlir üstünlük təşkil edir – 107,1 manat.
Muzdlu işlə əlaqədar adambaşına düşən aylıq gəlirin həcmi isə 99,3 manatdır.
Alınmış cari transfertlərdən adambaşına düşən aylıq gəlirlər üçüncü yerdə qərarlaşır (49,3 manat).
Adambaşına düşən aylıq gəlirlərdə pensiyaların da xüsusi çəkisi var. Belə ki, pensiyalardan adambaşına aylıq gəlir 41,4 manat təşkil edib.
Aqşin Kərimov