Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Kəlbəcər tam orta məktəbi üçün mebel və avadanlıqların satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin yekun qiyməti 3 milyon 543 min təşkil edib.
Siyahıda "Beyin" modeli, "Böyrək" modeli (2 ədəd), "Daş kömür və onun emal məhsulları" kolleksiyası (2 dəst), "Almazın kristallik qəfəsi" modeli (nümayiş üçün - 2 ədəd), "DNT strukturu" modeli (2 ədəd) kimi məhsullar yer alıb.
Ümumilikdə satınalma siyahısında 15 adda məhsul qeyd edilib.
Qaynar xətt:
(055) 224 12 12