"Əmanətlərin Sığortalanması Fondu kompensasiyaları "AniPay" üzərindən ödəməyi planlaşdırır".
Oxu.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov "Milli Mətbuat Günü: dialoq və əməkdaşlıq forumu"nda deyib.
O bildirib ki, ödəniş üçün "AniPay" platformasına qoşulacaqlar:
"Bu halda kompensasiyaların real vaxt rejimində vətəndaşların hesabına köçürülməsi mümkün olacaq. Sözügedən ödəniş sistemləri ilə inteqrasiya məsələləri gündəmdədir".
Qaynar xətt:
(055) 224 12 12