"Əmanətlərin Sığortalanması Fondunun bir sıra elektron xidmətləri "myGov" platformasına inteqrasiya olunacaq".
Oxu.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Əmanətlərin Sığortalanması Fondunun İT departamentinin sistem inzibatçılığı və proqramlaşdırma mərkəzinin müdiri Fərid Şirinov "Milli Mətbuat Günü: dialoq və əməkdaşlıq forumu"nda deyib.
O bildirib ki, fond rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində strateji addımlar atmağa başlayıb:
"Ümumiyyətlə bu istiqamətdə müvafiq şəxs də ayrılıb. Bu, dövlət başçısının müvafiq fərmanının icrası çərçivəsində hazırlanmış strateji planın tərkib hissəsidir. Plan çərçivəsində fondun bir sıra elektron xidmətlərinin "myGov" platformasına inteqrasiyası nəzərdə tutulur. Məqsəd ondan ibarətdir ki, 2028-ci ilin sonunadək dövlət qurumlarının bütün xidmətləri elektronlaşdırılsın".