"Əmanətlərin Sığortalanması Fonduna Rusiya, Tailand kimi ölkələrdən kiberhücumlar olub".
Oxu.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Əmanətlərin Sığortalanması Fondunun İT departamentinin sistem inzibatçılığı və proqramlaşdırma mərkəzinin müdiri Fərid Şirinov "Milli Mətbuat Günü: dialoq və əməkdaşlıq forumu"nda deyib.
O bildirib ki, hücumlar daha çox IMEI fişinq formasındadır:
"Bu, tanış olmayan linklərə klik etməklə şəbəkədə olan digər kompüterlərə keçid etmək imkanı yaradır. Hücumların haradan olduğunu IP və coğrafi olaraq təyin edirik. Bu, fərqli-fərqli ölkələrdən olur. Məsələn, Rusiya və Tailand və s. Sistem bunu görür, avtomatik spama salır və lazımi tədbirlər görülür".