Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.6940 AZN, ən sərfəli satış məzənnəsi isə 1,697 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “Günay Bank”dadır. Bu bankda dolların alışı 1,6940 AZN təşkil edir. Sərfəli satış isə “DəmirBank”, “Amrahbank”, “Bank Silk Way” və “TuranBank”da aparılır. Banklarda dolların məzənnəsi 1,697 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Amrahbank”, “Günay Bank”da həyata keçirilir. Avronun alış məzənnəsi bu bankda 1,885 AZN-dir. Avro bölgəsinin valyutasının ən sərfəli satışı“DəmirBank” - 1,897 AZN.

L.Ə.