Yunanıstan müxalifəti Aleksis Tsiprasın istefası üçün kütləvi mitinq toplaya bilməyib – Afinanın mərkəzindəki Sintaqma meydanına iki min insan gəlib.
Sosial şəbəkələrdə “İstefa verin!” "event" yaradılıb və "event" üzvləri Yunanıstan parlamentinin qarşısına toplaşaraq Tsiprasın istefasını tələb edən çağırışlar səsləndiriblər. "Facebook"dakı aksiyada 9,7 min insan iştirak edəcəyini, 7,7 min insan isə maraqlandığını bildirib. Amma mitinqdə beş dəfə az adam iştirak edib.
İnsanlar meydana Avropa İttifaqının bayraqları, plakatlar, üzərində "GR in Euro" yazısı olan köynəklərlə gəlib. Mitinqdə “İstefa!” şüarını səsləndiriblər.
“Sabah hökumət KİV-i bizim az olduğumuzu deyəcək, amma biz onlara şəkilləri təqdim edəcəyik. Yaxın gəlin! Bir yerdə şəkil çəkdirək!”, - təşkilatçılardan biri deyib.
Meqafon vasitəsilə Tsiprasın və nazirlərin çıxışlarıından hissələr yayımlanıb.
Təşkilatçıların sözlərinə görə, onlar verdikləri vədləri tutmayıblar.
Mitinq axşam saatlarında, yerli vaxtla saat 20:00-da başlayıb, bir saat sonra mitinq başa çatıb.
S.S.
© RİA Novosti