Cari ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunmuş malların ümumi dəyəri 2,9 milyard ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu dövr ərzində idxalın 28,1%-i (0,82 milyard ABŞ dollar) maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların ehtiyat hissələrinin payına düşüb.
Məlumata görə, ilin əvvəlindən dörd ay ərzində idxalın ümumi məbləğində 14% (0,41 milyard ABŞ dollar) - nəqliyyat vasitələri, 13,6% (0,39 milyard ABŞ dollar) - qara metallar və onlardan hazırlanan məmulatlar, 12,58% (0,36 milyard ABŞ dollar) - yeyinti məhsulları, 2,98% (0,09 milyard ABŞ dollar) - siqaret və tütün məmulatları, 2,74% (0,08 milyard ABŞ dollar) - oduncaq və ondan hazırllanan məmulatları, 1,91% (0,06 milyard ABŞ dollar) -dərman və əczaçılıq məhsulları, 1,05% (0,03 milyard ABŞ dollar) - sement, 0,8% (0,02 milyard ABŞ dollar) - mebel və digər məhsullar - 22,24% (0,64 miyard ABŞ dollar) təşkil edib.
Qeyd edək ki, yeyinti məhsullarının idxalında buğda - 3,63%, un - 0,02%, ət - 0,25%, süd - 0,10%, kərə yağı - 0,46%, bitki yağları və heyvan mənşəli piyləri - 1,47%, şəkər - 1,77%, meyvə-tərəvəz - 1,07% və digərləri isə - 3,81% təşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az