FES-in 2017-ci ildə üçüncü dəfə faiz artımına gedəcəyi ilə bağlı tərəddüdlər yaranıb.
Oxu.Az xəbər verir ki, ABŞ-da iyun ayı üzrə inflyasiya göstəricilərinin, eləcə də, pərakəndə satış rəqəmlərinin proqnozlaşdırıldığı kimi olmaması və FES sədrinin açıqlamaları bu yöndə gözləntiləri azaldıb.
Treyderlər FES-in faizləri 1.25% - 1.5% aralığında qaldıracağına dair inamını itirir. İlin sonuna qədər faiz artımına gedilməsi ehtimalı 60 faizdən 45 faiz səviyyəsinə geriləyib.
L.Ə.