2015-ci ilin fevral ayında “Ceyhan” limanından 1 milyon 630 min 350 ton xam neft ixrac edilib.
Oxu.Az-a SOCAR-dan verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin fevral ayında Novorossiysk limanından 84 min 807 ton, Supsa limanından 254 min 179 ton xam neft ixrac edib.
Qeyd edək ki, ümumilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 254 min 314 ton, Supsa limanından 508 min 286 ton, “Ceyhan” limanından isə 3 milyon 328 min 118 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.