“Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı banklarından biri olan DəmirBank-ın xarici valyutada olan qısamüddətli reytinqini “B” olaraq təsdiqlyib.
Oxu.Az xəbər verir ki, bankın uzunmüddətli reytinqi isə “B-” olaraq müəyyənləşdirilib.
Son dəyişiklikdən sonra “Fitch Ratings” üzrə DəmirBank-ın göstəriciləri aşağıdakı kimidir:
Xarici valyutada uzunmüddətli IDR: “B-”, RWN
Xarici valyuta qısamüddətli IDR: “B”, RWN
Dayanıqlılıq reytinqi: “ccc”, RWN
Dəstək reytinqi: “5”
Uzunmüddətli IDR-in dəstək reytinqi: “No Floor”
Qeyd edək ki, “Fitch Ratings” agentliyi son reytinq qiymətləndirilməsini apararkən DəmirBank-ın nizamnamə kapitalının 50 000 000 manat artırılması qərarını nəzərə alınmayıb.
Bu qərar DəmirBankın səhmdarlarının 6 avqust tarixində keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub. Kapitalın artırılması DəmirBank-ın uzunmüddətli dayanıqlı inkişafına xidmət etməklə yanaşı, reytinq göstəricilərinin də yaxşılaşmasına səbəb olacaq.
DəmirBank-ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edib.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
www.demirbank.az
www.facebook.com/demirbank.az
S.B.
www.oxu.az