Cari ilin yanvar-mart aylarında Gömrük Komitəsi Azərbaycanın büdcəsinə 330 milyon manatdan çox vəsait köçürüb.
Bu, gömrük rüsumlarının illik məbləğinin 21,8%-dir.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, yanvar-mart ayları üçün gömrük rüsumlarının məbləği 330 356,24 min manat təşkil edib.
DGK-nın hesabatına əsasən cari ilin yanvar-mart ayları üçün əldə edilən məbləğin 23,45%-i gömrük rüsumlarının, 72,05%-i ƏDV-nin, 3,41%-i aksizlərin və 1,09%-i isə yol vergisinin payına düşür.
Mütləq ölçüdə 77 459,77 min manat gömrük rüsumları, 238 016,64 min manat ƏDV, 11 257,15 min manat aksizlər və 3 622,68 min manat isə yol vergisi təşkil edir.
2013-cü ilin 1-ci rübü ilə müqayisədə cari ilin yanvar-mart aylarında rüsumların həcmi 14,11% artıb.
Gülnarə Zeynalova
www.oxu.az