Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hadi Rəcəbli: Çindən gəlirəm, orada uşaqpulu vermirlər, uşağa görə pul alırlar - VİDEO
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri APA TV-nin “Sosium” verilişində uşaqpulundan danışıb.
Oxu.Az-ın xəbərinə görə, H.Rəcəbli deyib ki, Çində sosializmin yeni modeli hazırlanır.
Deputat bildirib ki, Çində uşaqpulu məfhumu yoxdur.
“Çində, əksinə, çox uşaq olanda, ikinci uşaq olanda ondan vergi tutulur”, - deyə H.Rəcəbli əlavə edib.
Deputat onu da xatırladıb ki, Azərbaycan bazar iqtisadiyyatına keçib. Komitə sədri bildirib ki, doğuma görə analara verilən birdəfəlik müavinətin 300 manata çatdırılmasını təklif edib.
“Mən təklif edirəm ki, çoxuşaqlı ailə beş uşağı olan ailələr hesab olunsun”.
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb