Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, tələb 630,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 6,3 dəfə üstələyib.
L.Ə.