Cari ilin aprel-oktyabr aylarında keçirilən 22 depozit hərracı çərçivəsində 10.4 milyard manat məbləğində vəsaitin yerli banklarda depozitə yerləşdirilməsi təmin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin 2026-2029-cu illəri əhatə edən ortamüddətli xərclər çərçivəsində əks olunub.
Sənədə əsasən, yerləşdirilən vəsait üzrə 76.9 milyon manat faiz gəliri hesablanıb. Həmin faiz gəlirinin vaxtı çatmış 66.6 milyon manatı dövlət büdcəsinə ödənilib.
Qeyd olunur ki, 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının sərbəst qalığının depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməsinə başlanıb. Nazirlik bildirir ki, bu mexanizm dövlət maliyyəsinin daha səmərəli idarə olunmasına və likvidliyin optimal paylanmasına xidmət edir.
Aqil Vəlili