Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən verilən məlumata görə, Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə kəsişməsinədək olan hissəsində yolun asfalt-beton örtüyünün yenilənməsi işləri başa çatdırılıb.
Bu yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
19:00 - 08.07.2014
Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissəsində təmir-bərpa, eləcə də xətlənmə işləri tam yekunlaşıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, yaxın bir neçə saat ərzində yolun açılması gözlənilir.

