Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İcraçı direktor: "2024-cü ildə mərkəzdə beş konseptual sənəd hazırlanaraq hökumətə təqdim olunub"
"2024-cü ildə mərkəzdə beş konseptual sənəd hazırlanaraq hökumətə təqdim olunub".
Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, "Qarabağ və Şərqi Zəngəzura investisiya" mövzusunda ingilis dilində xüsusi buraxılış nəşr edilib:
"Yaşıl artım və yaşıl enerjiyə keçidlə bağlı aparılan tədqiqatların nəticələri "Scopus" bazasında indeksləşdirilən Q1 və Q2 reytinqli jurnallarda dərc olunub. 2024-cü ildə mərkəz, həmçinin "İqtisadi inkişaf" monoqrafiyası, "Orta dəhliz", "Halal iqtisadiyyat", "İslam ölkələrinin iqtisadi potensialı" kitablarını nəşr edib. 10 fəsildən ibarət 700 səhifəlik "İslam ölkələrinin iqtisadi potensialı" kitabı 30-dan artıq islam ölkəsindən 70-dən çox müəllif, 10 beynəlxalq təşkilat, 20-dən çox beyin mərkəzi və universitetin birgə əməkdaşlığı əsasında hazırlanıb".
Mərahim Nəsib
"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi" teqi üzrə xəbərlər
- Vüsal Qasımlı: "Türk iqtisadi icmalı"nın dörd buraxılışının səkkiz dildə hazırlanması təmin edilib"
- Vüsal Qasımlı: "11 dövlət proqramının idarə edilməsində 60-a yaxın qurumla 150 iclas keçirilib"
- İxrac icmalının yanvar ayı üçün ilkin rəqəmləri açıqlanıb
- Vüsal Qasımlı: "İqlim maliyyəsi bank sektorunun aktiv iştirakını tələb edir"
- Böyük Qayıdışla bağlı birinci yarımildə hansı işlər görülüb?