“Parabank” ASC və “Dekabank” ASC-də qorunmayan əmanətlərin ödənilməsinə başlanılıb.
Oxu.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan APA-ya verilən məlumata görə, əmanətçilər ləğv prosesində olan banklara müraciət etməklə qorunmayan əmanətlərinin 10 000 manata qədər hissəsini geri ala bilərlər.
Daha iri məbləğdə əmanətlərin geri ödənilməsinə yaxın günlərdə başlanılacaq və bu barədə Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq.
A.M.