Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İndoneziya rəsmisi: "Azərbaycanlı həmkarlarımla ekoloji problemlərlə bağlı danışıqlar apara bilərik"
"Ümid edirik ki, COP29-da qəbul edilən qərarlar iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətində mühüm rol oynayacaq. Bunun üçün hər bir ölkə prosesə öz milli töhfəsini verməlidir. Biz bu qərarların real addımlarla nəticələnəciyini gözləyirik".
Bu sözləri Oxu.Az-a açıqlamasında İndoneziyanın Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyinin Standartlaşdırma və İqlimə Dayanıqlılıq idarəsinin direktoru Krisdianto Sugiyanto deyib.
"İlk növbədə mübarizə tədbirlərinin real olması üçün maliyyə hədəflərinə çatmalıyıq. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bərabərliyin olması plenar iclasların prioriteti olmalıdır. Azərbaycan da öz növbəsində bu fəaliyyətin icra olunması üçün əla işlər görüb. Azərbaycanlı həmkarlarımla bəzi ekoloji problemləri həll etmək üçün danışıqlar apara bilərik. Biz inkişaf edən ölkəyik. Biz də eyni problemlə üzləşmişik. İndoneziya hökumətinin nümayəndəsi olaraq İndoneziya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq kimi konkret məsələlərin olmasına açığıq, çünki əməkdaşlıq etməkdə fayda var", - deyə nazirlik rəsmisi vurğulayıb.
O İndoneziyanın üzləşdiyi ekoloji problemlərdən də danışıb:
"Hazırda biz daha çox enerji sektorundayıq. Biz hələ də bərpaolunan enerji mənbələrinə keçid üçün mübarizə aparırıq. Bizim qalıq yanacaqdan alternativ enerjiyə keçmək üçün yol xəritəmiz var. Biz bunun üçün yeni kabinet formalaşdırmışıq və bu yeni kabinetdə iqlim dəyişikliyi ilə bağlı fəaliyyətə diqqət yetirmək üçün xüsusi təşkilat yaratmışıq".
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- Yaşıl dünyaya töhfə verənlər: Günəş paneli almaq istəyənlər nələri bilməlidirlər?
- Azərbaycanın BMT-dəki nümayəndəsi: "Sıfır Tullantı təşəbbüsü COP29-da qlobal dəstək qazandı"
- Braziliyanın vitse-prezidenti: "COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı"
- Rəsmi Bakıdan Ararat Mirzoyanın iddialarına CAVAB
- Dünyanın məşhur siyasətçiləri Azərbaycanın "yaşıl enerji" siyasətini necə dəyərləndirirlər?