"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) tibbi müəssisələrdə istifadə olunacaq sərfiyyat materiallarının alınması məqsədilə tender keçirib.
Oxu.Az xəbər verir ki, satınalma üzrə qalib "Xanni-2017" MMC olub. Satınalma müsabiqəsinin ümumi məbləği 2 milyon 724 min 397.45 manat təşkil edir.
Tender çərçivəsində tibb müəssisələrinə müxtəlif ölçülərdə qeyri-steril, lateks, pudrasız əlcəklər alınacaq. Sifariş aşağıdakı kimi bölünür:
- Əlcək qeyri-steril L №100 - 170 000 qutu;
- Əlcək qeyri-steril M №100 - 120 000 qutu;
- Əlcək qeyri-steril S №100 - 200 000 qutu.