Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İqtisadi Şuranın növbəti iclası keçirilib
Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib məsələlərdən biri olan aqrar sığorta sistemi, Aqrar Sığorta Fondunun fəaliyyəti, fermerlərin aqrar sığorta risklərinin idarə edilməsi, sığorta qanunvericiliyi, tənzimləmə və nəzarət, aqrar sığorta sxeminin konseptual əsaslarının (modelin) təkmilləşdirilməsi məsələsi yer alıb.
İkinci məsələdə işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasında Qarabağ Dirçəliş Fondunun rolu, fondun inkişafının və dayanıqlığının artırılması məqsədilə vəsaitlərdən səmərəli istifadə, investisiyaların idarə olunması və investisiya gəlirlərinin artırılması müzakirə edilib.
Üçüncü məsələ kimi əmək bazarının inkişafı üzrə mövcud vəziyyət, əmək və məşğulluq sahəsində əsas islahatlar, rəqəmsallaşma və çağırışlar, əmək bazarında demoqrafik meyllər, qeyri-formal məşğulluğun aradan qaldırılması və digər cari məsələlər olub.
Gündəlikdə olan məsələlər üzrə Mərkəzi Bankın sədri Taleh Kazımovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib.
İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov da aqrar sığorta sistemi ilə bağlı çıxış edib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Əli Əsədov Misirdə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib
- Əli Əsədov Qahirədə Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"
- Əli Əsədov Qahirədə Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları ilə görüşüb
- Əli Əsədov: "Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir"