İran və Rusiya İranın neft satışları üçün ortaq fond yaradır.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Seyyid Muhsin Kemsari bildirib.
Onun sözlərinə görə, bu məqsədlə artıq Rusiya tərəfi ilə müqavilə imzalanıb:
İran Milli Neft Şirkətinin rəsmisi bildirib ki, təkcə İranın neft satışları deyil, eləcə də ölkəsinin xaricdən aldığı mal və avadanlıqların bir qismi də bu fond üzərindən həyata keçiriləcək.
“İranın bütün neft ixracatı təkcə Rusiya üzərindən həyata keçirilməyəcək. İran başqa bazarların da axtarışındadır” - deyə, Kemsari əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az