Avqust ayının 1-nə Azərbaycanın ticarət əməliyyatlarının həcmi 10 milyard 522 milyon 54.35 min ABŞ dolları təşkil edib.
Oxu.Az Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 6.93 % azalıb.
Hesabat dövründə idxal əməliyyatları 4 milyard 369 milyon 692.31 min ABŞ dolları, ixrac əməliyyatları 6 milyard 152 milyon 362.04 min ABŞ dolları olub. İdxal keçən ilin müvafiq dövrünə nisbətən 8.17 %, ixrac 6.03 % azalıb.
İdxal və ixracın strukturunda aşağıdakı məhsullar üstünlük təşkil edib.
L.Ə.