Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kənan Mirzəyev: "Petkim" hazırda dünyanın 48 ölkəsinə ixracat həyata keçirir"
"Petkim"in özəlləşdirilməsi "SOCAR Türkiyə" üçün əlavə imkanlar açıb. "Petkim" Türkiyənin ilk və tək inteqrasiya edilmiş neft-kimya müəssisəsi statusuna sahibdir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri "SOCAR Türkiyə"nin Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev İstanbulda keçirilən illik mətbuat konfransında deyib.
Kənan Mirzəyev "Petkim"in ölkə bazarında xüsusi yeri olduğunu qeyd edib:
"Petkim" hazırda dünyanın 48 ölkəsinə ixracat həyata keçirir. Digər tərəfdən, şirkət Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacın 10.8 faizini qarşılayır. Belə ki, 15 istehsal müəssisəsinin 3.6 milyon ton istehsal gücü var. Eyni zamanda, bu şirkətlərdə 60-a yaxın məhsul istehsal olunur. Ümumilikdə burada 5 000 nəfərdən çox insan çalışır", - Kənan Mirzəyev qeyd edib.

Söhrab İsmayıl
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb
- Bakının Umbakı qəsəbəsini təbii qazla təmin edən kəmərdə qəza baş verib
- "Azneft" İstehsalat Birliyində təhlükəsizlik tədbirləri gücləndirilib
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- "Sumqayıt" klubunun prezidenti vəzifəsindən ayrılır?