Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda tədbir keçirilib - FOTO
Dekabrın 1-də Bakıda Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 18-ci İllik Toplantısı keçirilib.
Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
INSME və bu təşkilata üzv olan KOBİA-nın birgə təşkilatçılığı ilə keçirilmiş tədbir “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusuna həsr olunub.
İlk dəfədir ki, ölkəmizdə təşkil olunan toplantıda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların və INSME-yə üzv olan qurumların nümayəndələri iştirak ediblər.
Bu ilki toplantının əsas məqsədi yaşıl inkişafda innovasiyaların rolunu təşviq etmək, qlobal böhranlar zamanı sahibkarlığın potensialını üzə çıxarmaq, KOB-ların enerji böhranlarının öhdəsindən necə gələ biləcəyini və hökumətlərin necə müdaxilə etməli olduğunu müzakirə etmək, bu istiqamətdə yeni ideyalara sahib insanlar arasında şəbəkələşməni genişləndirməkdir.
Tədbirin açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov, Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) prezidenti Sergio Arzeni, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “ToJoy”un prezidenti və Belçikanın keçmiş baş naziri Yves Leterme, Bolqarıstanın Kiçik və Orta Biznesin Təşviqi Agentliyinin baş direktoru Boyko Takov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.
Sonra KOBİA və Bolqarıstanın Kiçik və Orta Biznesin Təşviqi Agentliyi, eləcə də İNSME və Dünya Biznes Mələkləri Forumu arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
Tədbir gün ərzində “KOB-lar üçün davamlılıq və enerji problemləri”, “KOB-ların cari və gələcək böhranın öhdəsindən gəlməyə hazır olması”, “Yaşıl inkişaf üçün innovasiyaların təşviqi” və “Siyasət cavabları” mövzularında panel müzakirələrlə öz işini davam etdirəcək.
Sabah - dekabrın 2-də isə INSME üzvlərinin iştirakı ilə təşkilatın Baş Assambleyasının iclası keçiriləcək.
Qeyd edək ki, sıralarında dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın üzvü birləşdirən INSME KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsini, bu sahədə qabaqcıl mexanizmləri, dövlət-özəl dialoqunu və beynəlxalq tərəfdaşlığı təşviq edir. KOBİA 2020-ci ildən INSME-nin üzvüdür.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
- Qlobal "Yaşıl artım portalı" istifadəyə verilib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- İqtisadiyyat naziri: "Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir"
- Nazir inflyasiya faizini açıqladı