Azərbaycan Mərkəzi Bankının (AMB) Statistik Bülleteninə əsasən, 2017-ci ilin mart ayının əvvəlinə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 12,42%, xarici valyuta ilə verilən kreditlər üzrə isə 8,81% təşkil edib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 2017-cı ilin fevral ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0,14% artıb.
Xarici valyuta ilə verilmiş kreditlər üzrə faiz dərəcəsi isə 2017-cı ilin fevral ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0,09% azalıb.
U.A.
www.oxu.az