Azərbaycan Mərkəzi Bankı (AMB) banklardan sonra kredit təşkilatlarına da xəbərdarlıq məktubu göndərib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, 2017-ci il fevralın 1-dən kredit təşkilatlarına iri nominallı əsginasları alarkən xüsusi tarif tətbiq ediləcək.
Belə ki, bundan sonra həmin qurumlara AMB-dən 50 və 100 manatlıq pul nişanlarını məxaric edərkən 0,1% tarif tətbiq ediləcək. Elәcә də eyni gündə ikinci və sonrakı sifarişlər üzrə Mərkəzi Bankdan bütün nominal əsginasların məxarici və mədaxilinə tətbiq olunan tarif 0,05%-dən 0,1%-ə qaldırılacaq.
Xatırladaq ki, bu barədə Mərkəzi Bankın İdarə Heyəti 2016-cı il dekabrın 28-də qərar verib.
U.A.
www.oxu.az