ABŞ-da pərakəndə satışlar iyun ayında aşağı düşüb. Ticarət Nazirliyinin məlumatlarına görə, pərakəndə ticarət 0.2% azalıb.
Oxu.Az xəbər verir ki, proqnoz 0.1 % artım idi. Əvəzində isə avtomobil xaric pərakəndə satışlar 0.2% azalıb.
Göstəricilər əhalinin 2-ci rübdə iqtisadiyyata töhfə verməyəcəyinə işarə edir.
ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, inflyasiya iyunda aylıq dəyişməyib. İllik müqayisədə inflyasiya 1.6% artıb. İllik artım oktyabrdan bəri görülən ən aşağı artım olub. İnflyasiya keçən ay illik 1.9% artmışdı.
Beləliklə, ABŞ-da istehlakçı qiymətləri iyunda proqnozdan aşağı artım nümayiş etdirib. İnflyasiya hələ də FES-in hədəfindən uzaqdır.
Qeyd edək ki, məlumatların açıqlanmasından sonra dollar sürətlə ucuzlaşmağa başlayıb.
L.Ə.