IV Milli Marketinq Forumu 27-28 may tarixlərində “Cinema Plus” (28 Mall) kinoteatrının 5-ci böyük zalında keçiriləcək.
Forumda 6 panel üzrə 31 spiker öz təcrübəsini iştirakçılarla paylaşacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il zamanın tələbinə uyğun olaraq panellərdə dəyişiklik edilib. Forumda toplam 300 nəfər marketinq mütəxəssisinin iştirakı planlaşdırılır.
Panellər: Böhran dövründə marketinq strategiyası, Marketinq Kommunikasiyası, Bloqçuluq və rəy liderliyi, Milli Keyslər, Rəqəmsal marketinq, Şəxsi brendinq.
MMF2016 çəkiliş tərəfdaşı “Konsis” şirkətinin dəstəyi ilə spikerlər onlayn olaraq danışacaqları mövzu haqqında fikirlərini iştirakçılarla paylaşıb. Fikirləri dinləmək, mövzunu öyrənmək üçün https://www.youtube.com/channel/UC0-kGCN2lyt82wgAEmjBKmQ - “Konsis” Youtube kanalına daxil ola bilərsiniz.
Qeyd edək ki, bu il forum günü yerli təcrübə üzərinə yazılmış “Böhrandan yeni dövrana” və “Rəqəmsal marketinq – bələdçi” kitablarının təqdimatı olacaq.
Biletləri www.millimarketinforumu.com saytından, facebook.com/millimarketinqforumu səhifəsindən və ya +994557939779 nömrəsi ilə əlaqə saxlayaraq ala bilərsiniz. Çatdırılma pulsuzdur.
Bütün marketinq sahəsi ilə maraqlanan şəxsləri 27-28 may böyük görüşə dəvət edirik! Gəlin, böhrandan yeni dövrana çıxış yollarını birlikdə müzakirə edək.
IV Milli Marketinq Forumunun keçirilməsinə dəstək olan tərəfdaşlarımız:
Təşkilatçı: Marketinq Azərbaycan
Kreativ tərəfdaş: McCann Baku
İnformasiya tərəfdaşı: Oxu.Az və 107.7 Avto FM
Texniki dəstək: Azerizone
Çap və Promo dəstəyi: Antaris
Dəstəkçilər: Facemark.az, FMR TV, Marketing AİR, New Media, Admedia, VITAM, Times Consulting, İNNAB, +More, İdeal dizayn, Özsüt, Konsis, Cinema Plus
Daha ətraflı:
Millimarketinqforumu.com
Facebook.com/millimarketinqforumu