Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, bank keçirilən depozit hərracında 15 mln. manat cəlb edib.
Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb isə 45 mln. manat olub.
“Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,00% təşkil edib”, - deyə Mərkəzi Bankdan qeyd edilib.
U.A.
www.oxu.az