Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, fevralın 27-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
Hərrac üzrə faiz dərəcələri 12,01% - 14,99% təşkil edir. Depozit hərracı “Bloomberg” ticarət platformasında keçiriləcək.
U.A.
www.oxu.az