Kapital bazarları üzrə ekspert Cəfər İbrahimli Məkəzi Bankın üçot dərəcəsini 9,5%-ə yüksəltməsinin səbəblərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, C.İbrahimli deyib ki, belə bir qərarın verilməsinə səbəb manata təzyiqin davam etməsi və inflyasiyanın yüksəlmə tendensiyasının müşahidə olunması ilə bağlıdır.
“Manata təzyiqin azalması və inamı təmin etmək üçün manatla maliyyə alətlərinin faiz dərəcəsi yüksəlməlidir.
İdxalata bağlı iqtisadiyyat olduğumuz üçün 2016-ci il (devalvasiya sonrası) inflyasiyasını pul siyasəti ilə tənzimləmək çətin olacaq”, - deyə o qeyd edib.
Cəfər İbrahimli bildirib ki, bu qərar kredit faizlərinin artımına ciddi təsir etməyəcək:
“AMB-də uçot dərəcəsinin yüksəldilməsi birmənalı olaraq manatda olan bütün maliyyə alətlərinin o cümlədən kreditlərin faiz dərəcəsinin yüksəlməsini dəsdəkləyir, amma Azərbaycanda uçot dərəcəsinin bu gün yüksəlməsi kredit faizlərinə ciddi təsir edəcəyi gözlənilmir. Hazırda manat kreditlərinin faiz dərəcəsi əmanətlərin fazizindən kifayət qədər yüksəkdir”.
Qeyd edək ki, uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.
13:44
Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 8-dən uçot dərəcəsinin 2,5% bəndi artırılması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, Mərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir.
Qurum bəyan edir ki, cari ilin ötən dövründə çevik məzənnə rejiminin tətbiqinin milli valyutanın məzənnəsinə makroiqtisadi təsiri olub. Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o cümlədən faiz dəhlizinə zəruri korreksiyalar etmişdir.
Pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirmiş, iyun ayından başlayaraq milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit əməliyyatlarına başlamışdır".
Cari il və ortamüddətli dövr üçün makroiqtisadi sabitlik üzrə hədəfləri, makroiqtisadi proqnozları, inflyasiya gözləntilərini, tədiyə balansı üzrə meyilləri, habelə maliyyə bazarındakı konyunkturu nəzərə alaraq AMB pul siyasəti alətlərinin kəmiyyət parametrlərini yenidən nəzərdən keçirib. AMB-nin İdarə Heyəti 2016-cı il avqustun 8-dən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
“Uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq”, - deyə qurumun açıqlamasında qeyd olunub.
Ülviyyə R. Əli
www.oxu.az