Dekabrın 12-də Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.
Oxu.Az AMB-yə istinadən xəbər verir ki, hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99% təşkil edir.
U.A.
www.oxu.az