Azərbaycan və ABŞ rəsmiləri Azərbaycanın Avropa və Mərkəzi Asiya dövlətləri arasında regional mərkəz kimi strateji mövqeyini müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
Müzakirələr nazirin ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə keçirdiyi görüşdə baş tutub.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri də müzakirə edilib.
"Azərbaycanın Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhliz layihəsinin perspektivləri, investisiya, enerji infrastrukturu və sənaye sahələrində birgə təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - deyə M.Cabbarov qeyd edib.
ABŞ senatoru Stiv Deyns (@SteveDaines) ilə görüşümüzdə ikitərəfli #iqtisadi-#ticarət əlaqələrinin inkişafı istiqamətində müzakirələrimiz oldu. #Azərbaycan-ın Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhliz layihəsinin perspektivləri,… pic.twitter.com/j4gV2lFatV
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 29, 2025