Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasına səfəri çərçivəsində "Agrofert" şirkətinin sədr müavini Petr Sinqr ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında bildirib:
"Görüşdə aqrar sahədə səmərəli fəaliyyətin və dayanıqlı istehsala keçidin əhəmiyyətini vurğuladıq. Azərbaycanda xarici investorlar üçün mövcud imkanları və potensial əməkdaşlıq istiqamətlərini qeyd etdik".
Çex Respublikasına səfərimiz çərçivəsində “Agrofert” şirkətinin (@KoncernAgrofert) sədr müavini Petr Sinqr ilə görüşdə aqrar sahədə səmərəli fəaliyyətin və dayanıqlı istehsala keçidin əhəmiyyətini vurğuladıq. Azərbaycanda xarici #investor-lar üçün mövcud imkanları və potensial… pic.twitter.com/IcSiVtmmQz
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 22, 2025